Dəriyə necə qulluq etməliyik?

05.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Son dövrlərdə dəriyə qulluq məhsulları arasında "duş geli" və "bədən skrabı" ən çox istifadə olunan vasitələrdən hesab olunur. Görünüşcə oxşar təsir bağışlasa da, bu iki məhsulun funksiyası fərqlidir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düş geli əsasən dərini təmizləmək üçün nəzərdə tutulub. O, duş zamanı bədəndəki kir, yağ və tərin yuyulmasına kömək edir və gündəlik istifadə üçün uyğundur.

Digər tərəfdən, bədən skrabı dərinin üst qatında toplanan ölü hüceyrələri təmizləmək üçün istifadə olunur. Skrabın tərkibindəki xırda hissəciklər dərini daha dərin təmizləyərək hamar və yumşaq görünməsinə şərait yaradır. Lakin mütəxəssislər onun hər gün deyil, həftədə 1-2 dəfə istifadəsini tövsiyə edirlər.

Mütəxəssislər bildirirlər ki, duş geli gündəlik gigiyena üçün əsas məhsul sayılır, bədən skrabı isə əlavə qulluq vasitəsi kimi istifadə edilməlidir. Həddindən artıq skrab istifadəsi dərini qıcıqlandıra və quruluğa səbəb ola bilər.

Nəticə olaraq, düzgün dəri baxımı üçün bu iki məhsul bir-birini tamamlayır: biri təmizlik, digəri isə dərinin yenilənməsi üçün vacib rol oynayır.

Asya
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью