Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Şikayət

21.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuzda şəkərli diabetdən əziyyət çəkən xəstələrə dövlət tərəfindən verilən dərmanları almaq çətinləşib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasına üz tutan xəstələr və onların yaxınları bildiriblər.

Bir çox vətəndaş növbə sıxlığından şikayətçi olub və aidiyyəti qurumlardan çarə istəyib.

Qeyd edək ki, növbədə gözləməli olan şəkər xəstələri saatlarla qaldıqları xəstəxana dəhlizlərində oturmağa belə yetərli yerin olmadığını deyiblər.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью