Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Qəhvə gün ərzində bir çoxumuzu müşayiət edən bir içkidir.
Bununla belə, əgər dərman qəbul edirsinizsə, qəhvə və onun əsas komponenti olan kofeinin dərmanlarınızla necə qarşılıqlı təsir göstərə biləcəyini də bilmək vacibdir.
Lent.az müalicə zamanı kofeinin dərmanlarınıza necə qarşılıqlı təsir göstərməsi ilə bağlı məlumatları sizlərə təqdim edir: Qəhvə mədə turşusunun pH-nı artıra bilər, bu da dərmanın mədədə nə qədər tez və effektiv şəkildə həll olunmasına təsir göstərir.
Kofein bəzi dərmanlarla birləşə və onların sorulmasını çətinləşdirən komplekslər əmələ gətirə bilər.
Kofein və bəzi dərmanlar eyni ferment, CYP1A2 tərəfindən parçalanır.
Bu, dərmanın metabolizmasını yavaşlata və qanda konsentrasiyasını artıra bilər. Kofein digər stimulantların təsirini artıra bilər.
Kofein sinir sistemini stimullaşdıraraq alkoqol kimi depressantların təsirini azalda bilər.
Beləliklə, əslində olduğunuzdan daha az sərxoş olduğunuzu hiss edəcəksiniz. Dərmanı qəhvə ilə içəmək olarmı?