Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dərmanların düzgün qəbul edilməsi onların təsirinə birbaşa təsir göstərə bilər. Bəzi qida və içkilər dərmanların orqanizmdə sorulmasını azalda, yaxud onların təsirini dəyişə bilər.
Redaktor.az xəbər verir ki, onkoloq Vladimir İvaşkov insanları dərman qəbul edərkən onları yalnız su ilə içməyə çağırıb.
Mütəxəssisin sözlərinə görə, digər içkilər bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Məsələn, süd tetrasiklinlər və flüorxinolonlar kimi antibiotiklərin bağırsaqlarda sorulmasını azaldır.
İvaşkov spirtli içkilərlə parasetamolun birlikdə qəbul edilməsinin qaraciyər üçün təhlükəli ola biləcəyini bildirib. O, həmçinin dəmir preparatlarını çay və qəhvə ilə birlikdə qəbul etməməyi tövsiyə edib. Bu içkilərin dəmirin orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə, bəzi hallarda isə 60 faizə qədər azalda biləcəyi qeyd olunur.
Mütəxəssis bəzi qidaların da müəyyən dərmanlarla birlikdə qəbul edilməsinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Belə ki, yüksək təzyiq dərmanları qəbul edən şəxslərə banan, statin istifadə edənlərə qreypfrut, varfarin qəbul edənlərə isə göyərti ilə bağlı ehtiyatlı olmaq tövsiyə edilir.
Mütəxəssislər dərman qəbul edən şəxslərə preparatların təlimatını diqqətlə oxumağı və qida ilə mümkün qarşılıqlı təsirlər barədə həkim və ya əczaçı ilə məsləhətləşməyi tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI