Dərman, sirkə və şoraba... Professor evdəki səssiz qatil “üçlüyü” açıqladı | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103
KTM-nin məlumatına görə, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 30 nəfər sirkə turşusundan, 2-si spirtli içkidən, 8-i ilan sanc
Həmçinin onlardan 1 nəfər dəm qazından, 14 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 2 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər yaba
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.Statistikaya nəzər salan professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, son illər açıqlanan rəqəmlər göstərir ki, xüsusilə dərman və sirkə turşusu ilə zəhərlənmə halları üstünlük təşkil edir.
Onun sözlərinə görə, bu zəhərlənmələrin əksəriyyətinin qəsdən və ya təsadüfən baş verən intoksikasiyalarla əlaqəli olduğunu göstərir: “Əvvəla qeyd edim ki, zəhərlənmə qidaların düzgün saxlanılmaması və istifadə olunmamasından, konservləşdirmə prosesinin qaydalara uyğun aparılmamasından baş verir.
İnsanlar çox vaxt konservləşdirilmiş qidalardan zəhərlənir. Burada əsasən, ev şəraitində hazırlanmış qidalardan söhbət gedir.
Ev şəraitində hazırlanmış yeməklər, şorabalar əgər öz rəngini, möhtəviyyatını dəyişibsə, suyu bulanıbsa, köpüklənibsə, qapağı şişibsə, bu o deməkdir ki, orada müəyyən dəyişikliklər baş verib və artıq ondan qida üçün istifadə etmək olmaz.
Tam oxu
Xəbəri oxu