Dərmandan zəhərlənən qadın öldü

20.12.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Əkbərova Minəxanım Hacı qızı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.

Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.

M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью