Dərmanı birbaşa xəstəlik ocağına çatdıran nanoçiçəklər

11.02.2025

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

YENİ ANTİBAKTERİAL SARĞILAR

Dərmanı bir başa xəstəlik ocağına çatdıran sarğı hazırlanıb.
İtalyan alimləri bu sarğını nanoçiçəklərdən hazırlayıb. Öz-özünə yığılan klasterlər nano vərəqlərdən ibarət mikroskopik strukdurdur.
Çiçək "ləçəkləri" böyük bir səth sahəsinə malikdir ki, bu da onlara daha çox dərman maddələrini daşımağa imkan verir.

Nanoçiçəklər tanin turşusu, yəni antibacterial, iltihab əleyhinə xüsusiyyətlərə malik polifenol və mis fosfatdan ibarətdir.
Nanoçiçəklər nanoliflərdən hazırlanmış parçaya yapışdırılıb. Laboratoriya şəraitində sarğı insan hüceyrələrinə zərər vermədən qızılı stafilokokk, bağırsaq və çürük çubuqları məhv edir.

“Çiçək sarğılar” dərmanı birbaşa xəstəlik ocağına çatdırır. Bununla da, bir çox dərmanın yan təsirlərini azladır, digər daxili orqanları zədəlməyinin qarşısını alır.

Bu sarğının istehsalı sadə və ucuzdur, dolayısı ilə satış qiyməti də münasib olacaq, deyə mütəxəssislər bildirir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью