Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Dərmanların düzgün saxlanmaması onların təsirini azalda və müalicənin effektivliyinə mənfi təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bu haqda əzaçı Aline Benedita aif.ru-ya müshaibəsində danışıb.
Onun sözlərinə görə, dərmanların saxlanılması üçün ən uyğun olmayan yerlərdən biri vanna otağıdır, burada yaranan yüksək temperatur və rütubət dərmanların tərkibinin daha tez pozulmasına səbəb ola bilər.
Mütəxəssis dərmanların quru, sərin və yaxşı havalandırılan yerdə, həmçinin birbaşa günəş işığından, istidən və nəmdən uzaqda saxlanılmasını tövsiyə edib.
Fonseca əlavə edib ki, bəzi dərmanlar soyuducuda saxlanılmalıdır. Bununla bağlı məlumatı isə hər bir dərmanın qablaşdırmasına əlavə olunan istifadə təlimatından öyrənmək mümkündür.
Aytəkin TOFİQQIZI