Dərmanla arıqlamaq mümkündür?

27.01.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq çəki problemi tək ölkəmizdə deyil, bütün düna ölkələrində müşahidə olunur. 

Sağlam şəkildə arıqlaya bilməyənlər çıxış yolunu kimyəvi yolla hazırlanan dərmanlarda axtrır. 

Dietoloq Leyla Sarıyeva hit.az-a deyib ki, bu tip dərmanlar insanlarda ilk günlər ishal və qarın ağrıları müşahidə olunmağa başlayır. İştahın kəsilməsi fonunda ağızda quruluq yaranır: 

"Müxtəlif arıqladıcı kokteyllər, arıqladıcı dərman vasitələri piy kütləsini qısa müddətdə boşaldır və iki qat artırır və insanlar yenidən daha çox kökəlir. Bu tip dərmanlar olduqca ziyanlıdır, mədə-bağırsaq sistemini pozur, immuneteti aşağı salır, bədəndəki vitaminləri yox edir. Ən düzgün arıqlama metodu sağlam şəkildə çəki verməkdir. Kimyəvi həblərin qəbulu ilə arıqlamaq istəyənlər öz sağlıqlarına qəsd edirlər".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью