Dərmanlar 80% ucuzlaşdırılacaq! Bu gündən etibarən...

12.05.2025

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkədə dərmanların qiymətinin 80% ucuzlaşdırılacağını bəyan edib.
Tramp bildirib ki, Amerikada reseptlə verilən dərmanların qiymətinin aşağı salınması ilə bağlı fərman imzalayacaq.
Tramp öz sosial şəbəkəsində yazıb: "Sevinclə elan edirəm ki, sabah səhər 09.00-da, Ağ evdə ölkəmizin tarixində ən mühüm icra fərmanlarından birini imzalayacağam. Respetlər verilən dərmanların və digər dərman preparatlarının qiymətləri dərhal təxminən 30-80% ucuzlaşdırılacaq".
Trampın sözlərinə görə, bu qərar və onun apardığı siyasət sayəsində "ABŞ-də də dünyada ən aşağı qiymətə dərman satılan ölkədəki qədər pul ödəniləcək".
Tramp yazıb: "Nəhayət ki, bizim ölkəmizə ədalətlə yanaşılacaq. Vətəndaşlarımızın səhiyyə xərcləri isə dəfələrlə azalacaq".
Tramp qeyd edib ki, dərmanların qiymətini bərabərləşdirmək üçün bütün dünyada preparatların qiymətləri artacaqdır.
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью