Dərmanlar bahadır: Heç kim ala bilmir?

19.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər ölkədə əhalinin ərzaqla yanaşı ən çox tələbatı olan məhsullardan biri əczaçılıq məhsullarıdır.

Belə ki, 2025-ci il ərzində Azərbaycana 527,2 milyon dollar həcmində 17,3 min ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, əczaçılıq məhsullarının idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 19,7 milyon dollar və ya 3,9 % artıb, miqdar ifadəsilə isə 2,9 min ton, başqa sözlə 14,2 % azalıb. 

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 507,6 milyon dollar dəyərində 20,1 min ton əczaçılıq məhsulu idxal olunmuşdu.

2025-ci ilin nəticələrinə görə idxal edilən əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 30,49 dollar (51,83 manat) təşkil edib.2024-cü ildə isə bu rəqəm 25,19 dollar (42,83 manat) idi. Bu da illik müqayisədə 5,30 dollar (9,00 manat) və ya 21% bahalaşma deməkdir.  

Bu ilin yanvar ayında isə Azərbaycana 47,3 milyon dollar dəyərində 1 min 459 ton əczaçılıq məhsulları idxal edilib.

Bu məhsul qrupu üzrə idxal ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,5 milyon dollar və ya 8,7 %, miqdar ifadəsilə isə 1 min 218 ton, başqa sözlə 45,5 % azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 51,8 milyon dollar dəyərində 2 min 677 ton əczaçılıq məhsulları gətirilmişdi.

Bu il yanvar ayında ümumi idxalın 3,63 %-i əczaçılıq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,53 % olmuşdu. Ötən ilin yanvar ayında ölkəyə idxal edilən əczaçılıq məhsullarının qiyməti ilə cari ilin eyni dövrünü müqayisə etdikdə burada müvafiq fərq özünü göstərir.

Bunu səbəbini iki amillə izah etmək daha doğru olardı. Birincisi, ölkəyə ötən il daha bahalı əczaçılıq məhsullarının idxal olunması. İkincisi, əhalinin artıq baha qiymətə olan dərmanlara deyil, nisbətən aşağı qiymətə olan dərmanlara üstünlük verməsi ilə əlaqələndirmək olar.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью