Dərmanlara 1.3 mlrd. manat xərclənib

21.01.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2024-cü il ərzində Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 347.6 milyon manat vəsait xərclənib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub.

Xatırladaq ki, ötən il Azərbaycanda 19.8 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 81.5% çoxdur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью