Dərmanlara tələb artıb STATİSTİKA

16.09.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanda əhalinin dərman preparatları və tibbi ləvazimatlara etdiyi xərclərin həcmində ciddi artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşların əczaçılıq məhsullarına xərclədiyi vəsait kəskin şəkildə çoxalıb.

Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, 2026-cı ilin ilk 8 ayı ərzində ölkə üzrə əczaçılıq məhsullarının pərakəndə satış dövriyyəsi 1 milyard 213 milyon manat təşkil edib. pizza sifarişi

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu göstərici 995.9 milyon manat səviyyəsində olub. Beləliklə, son bir il ərzində əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərclər 217 milyon manat və ya 22 faiz artmış olunub.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью