Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həkimlərin müşahidələrinə görə, xəstələrin yalnız təxminən 20%-i onlara təyin edildiyi dərmanları düzgün qəbul edir.
Əksər insanlar isə dərmanları "necə gəldi" qəbul edirlər. Nəticədə isə dərmanlar xəstənin vəziyyətinə lazım olan təsir etmir.
Xəstələr isə bunda müasir dərmanların "keyfiyyətsiz" olmasını günahlandırır.
Sizə dərmanların qəbulu ilə bağlı olan bəzi sadə qaydaları ilə tanış edirik: - Əgər hər hansı dərman preparatı sizə gündə 1 dəfə qəbul etmək üçün təyin olunubsa, preparat hər gün eyni vaxtda qəbul olunmalıdır.
- Dərman preparatın qəbulu gündə 1, 2, 3 və s. dəfə təyin oluna bilər. "Gün" dedikdə həkimlər 24 saat nəzərdə tutur.
Belə ki, əgər hər hansı dərman gündə 2 dəfə qəbul olunmalıdırsa, bu o deməkdir ki, qəbullar arası 12 saat keçməlidir.
Məsələn, dərman səhər saat 8.00-da və axşam saat 20.00-da qəbul oluna bilər.