Dərmanları qazlı içkilər, çay və ya qəhvə ilə içənlərin nəzərinə KONKRET | Icma.az
Icma.az, Konkret.az saytına istinadən bildirir. Dərmanların düzgün qəbul edilməsi onların effektivliyinə birbaşa təsir edir.
Çoxları dərmanları su ilə içmək əvəzinə qazlı və ya şirin içkilərlə, çay və ya qəhvə ilə qəbul edir.
Ancaq bu, dərmanların təsirini azalda, hətta ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
KONKRET.az dərmanları fərqli içkilərlə qəbul etməyin mümkün təhlükələrini təqdim edir: Dərmanları qazlı və şirin içkilərlə içmək Qazlı içkilərin tərkibində karbon qazı və turşular var.
Bu maddələr bəzi dərmanlarla reaksiya verə bilər və onların təsirini dəyişə bilər: Mədə qıcqırmasına və qastritə səbəb ola bilər Qazlı içkilər mədə turşusunu artırır.
Bəzi dərmanlarla birlikdə qəbul edildikdə mədəyə əlavə yük düşə bilər, xüsusilə də həzm sistemi ilə bağlı problemləri olan insanlarda bu özünü göstərir.
Dərmanların sorulmasını dəyişdirə bilər Qazlı içkilərdəki turşular bəzi dərmanların sorulma sürətini artıraraq onların effektini gözlənilməz hala gətirə bilər.
Məsələn, ağrıkəsicilər və ya antibiotiklər bədəndə daha sürətli həll olunaraq yan təsirləri artıra bilər.
Tam oxu
Xəbəri oxu