Dərmanların təsir etmədiyi superbakteriya tapıldı Hətta steril xəstəxanalarda da yoluxdurur

26.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropada antibiotiklərə dözümlü olan superbakteriya yayılıb.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının üzvü və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko deyib.
Onun sözlərinə görə, “Klebsiella pneumoniae” adlı superbakteriya sepsis, sətəlcəm və böyrək xəstəliklərinə səbəb ola bilər.
Bununla belə, o, pandemiyanın baş vermə ehtimalının az olduğunu qeyd edib, çünki yoluxma riski əsasən xəstəxanalarda müalicə alan pasiyentlər üçün yüksək olaraq qalır.

"Bu bakteriya həmçinin nefrit, sidik yolları infeksiyalarına da səbəb ola bilər – xüsusilə də xəstəxanada yatan zəifləmiş şəxslərdə və ya yaxın zamanlarda başqa xəstəliklər keçirmiş insanlarda tutur".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlı “Klebsiella pneumoniae” bakteriyasının Avropada daha geniş yayılacağı ilə bağlı real təhlükə barədə xəbərdarlıq etmişdi.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) bu bakteriyanın Aİ və Avropa İqtisadi Zonası ölkələrində yayılma ehtimalını yüksək qiymətləndirir.
Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyinin klinik mikrobiologiya və antimikrob rezistentlik üzrə baş mütəxəssisi Roman Kozlov bildirmişdi ki, Rusiya şirkətləri antibiotiklərə davamlı mikroorqanizmlərlə mübarizə aparmaq üçün yeni dərman vasitələrinin hazırlanması üzərində işləyirlər. O qeyd edib ki, bu dərmanlardan bəziləri artıq 2027-ci ildə qeydiyyata alına bilər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью