Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? 4 təbii üsul

18.11.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, masaj və stress səviyyəsinin azaldılması qan təzyiqinin yüksəlməsinin qarşısını təbii yolla ala bilər. Hipertoniya ürək və böyrək çatışmazlığı, infarkt və insult riskini artırır. Buna görə də profilaktik tədbirləri gündəlik həyata keçirmək vacibdir.

ABŞ-ın “Journal of Hypertension” jurnalında dərc olunan araşdırmalardan biri vegetarian qidalanmanın yüksək qan təzyiqinin qarşısının alınmasında faydalı olduğunu göstərir.

Sağlam qidalanma təzyiqə necə təsir edir?

Yüzlərlə araşdırma sağlam qidalanmanın hipertoniya ilə mübarizədə üstünlüklərini təsdiqləyir. Bunun üçün doymuş yağların qəbulunu azaltmaq, transyağlardan isə tamamilə imtina etmək vacibdir.

Qida rasionuna maqnezium və kalsiumla zəngin məhsullar, məsələn, ispanaq və brokoli daxil edilməlidir. Bu minerallar qan təzyiqinin tənzimlənməsinə kömək edə bilər.

Fiziki aktivlik qan təzyiqini aşağı sala bilər

Fiziki aktivliyin azlığı ilə yüksək qan təzyiqi arasında sıx əlaqə var. İdman hərəkətlərinin təzyiqə nəzarətdə faydası onların azot oksidinin istehsalına təsiri ilə izah olunur. Bu maddə qan damarlarının genişlənməsinə kömək edir və orqanizmi oksidləşdirici stressdən qoruyur.

Masajın da faydası var

Masaj qan dövranını və limfa axınını stimullaşdıraraq stressi aradan qaldırır, qan təzyiqini aşağı sala və ürəyin yükünü azalda bilər. Araşdırmalara görə, aromaterapiya ilə müşayiət olunan masaj da oxşar təsir göstərir.

Stress hipertoniya riskini artırır

Kəskin və xroniki stress hipertoniyanın inkişafı üçün ciddi risk faktorudur. Stress simpatik sinir sisteminin reaksiyasını gücləndirir, ürək döyüntülərinin tezliyini artırır və stress hormonu olan kortizolun ifrazına səbəb olur.

Stress fonunda qan təzyiqinin təkrar-təkrar yüksəlməsi zamanla xroniki hipertoniyaya çevrilə bilər. Bu riski azaltmaq üçün rahatlama və gərginliyin aradan qaldırılmasına yönələn məşqlər faydalıdır.

AzPost.az

Post navigation

Previous: “Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью