Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində ( “Dərnəgül” bazarı) iki tikinti materialları mağazası və anbar yanıb.
Ölkə.Az-ın yanğın baş vermiş ərazidən görüntüləri təqim edir: Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
FHN-nin yaydığı məlumata əsasən, obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb.
Digər mağazalar yanğından mühafizə olunub. Yaxınlıqdakı digər mağzalardakı materiallar çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Əsas yanan məhsullar boya məhsulları olub. Yanğının başvermə səbəbləri araşdırılır.
Billurə Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.