Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan Dəmir Yolları” (ADY) sərnişinlərin rahatlığını artırmaq məqsədilə Bakıdan regionlara hərəkət edən qatarların Dərnəgül dayanacağında da dayanmasını xatırladıb.
Redaktor.az xəbər verir ki, Bakı–Qazax–Bakı, Bakı–Ağstafa–Bakı (əlavə reyslər), Bakı–Balakən–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarlar sərnişinləri Dərnəgül dayanacağından da qəbul edir.
Beləliklə, paytaxtın bu hissəsində yaşayan vətəndaşların rayonlara səfər etmək üçün Bakı Dəmiryol Vağzalına və ya digər stansiyalara getməsinə ehtiyac qalmır. Sərnişinlər artıq onlar üçün daha əlverişli olan Dərnəgül dayanacağından istifadə etməklə vaxt itkisinin qarşısını ala və səfərlərini daha rahat planlaşdıra bilərlər.
ADY qeyd edir ki, bu imkan şəhərdaxili nəqliyyat yükünün azaldılmasına və regionlara səyahətin daha əlçatan olmasına xidmət edir.