Icma.az, Milli.az portalına istinadən məlumat verir. Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-nin yeni "Dərnəgül" deposunun istifadəyə veril
Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Vüsal Aslanov bildirilib.
"Hazırda metronun "Qırmızı" və "Yaşıl" xətlərinə xidmət edən yalnız bir depo - "Nərimanov" deposu mövcuddur: Yeni depo istifadəyə verildikdən sonra "Yaşıl" xəttin müstəqil deposu olacaq.
Növbəti tədbirlərimizdən biri də "İçərişəhər" və "Xətai" stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir.
Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur.
Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar", - deyə o qeyd edib.
Bundan başqa, V.Aslanovun sözlərinə görə, əvvəlcədən də deyildiyi kimi, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında birləşən "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması nəzərdə tutulur.
"Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür.