Dərnəgül yolunda dəhşətli hadisə Video

27.06.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 07:50-də Ziya Bünyadov prospektində, Dərnəgül yolunda BMW markalı avtomobil körpünün üzərində idarəetmədən çıxıb. Nəticədə, avtomobil yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb. Dirək isə aşaraq əks istiqamətdən öz yolu ilə hərəkətdə olan “Daewoo Gentra” markalı avtomobilin ön şüşəsini qıraraq salonuna girib.

Nəticədə, həmin avtomobilin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью