Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tədqiqatlar göstərir ki, şagirdlər diqqətini yalnız 20–30 dəqiqə ərzində aktiv və konsentrə şəkildə saxlaya bilir. Müəllim nə qədər çalışsa da bundan artıq şagirdllərin diqqətini aktiv saxlaya bilməz”.
Bunu təhsil eksperti Kamran Əsədov 525.az-a deyib. Onun sözlərinə görə, 30–35 dəqiqəlik qısa dərs blokları şagirdlərin diqqət və yaddaş qabiliyyətinə uyğundur. Dərs müddətini artırmaq üçün aktiv fasilə olmalıdır:
“Məktəb yaşlı şagirdlərin beyindəki diqqət mərkəzləri orta hesabla 20–25 dəqiqədən sonra zəifləməyə başlayır. Yuxarı siniflərdə bu müddət 30–35 dəqiqəyə qədər yüksələ bilər, amma bundan sonra diqqət tənəzzül edir. Amma 25–30 dəqiqədən bir qısa fasilə həm fiziki, həm də zehni yenilənmə yaradır”.
Sevinc Qarayeva