Dərs vaxtı qaçırılan şagird ailəsinə verildi

14.03.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda qaçırılan 9 cu sinif şagirdi ailəsinə verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov Metbuat.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью