Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir. Mingəçevirdə şagirdin əli sinifdə oturduğu stululun şrupuna girib.
"Unikal"ın məlumatına görə, hadisə səhər saatlarında dərs başlayan zaman 7 saylı orta məktəbdə baş verib.
Belə ki, 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlunun sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şrupuna girib.
Barmağı stula bitişik şagird stulla birgə təcili xəstəxanaya çatdırılıb. Əməliyyata alınan şagirdin barmağına batan dəmir parçası çıxarılıb.
Ehtiram Muradov Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.