Dərsdə ölən şagird bir ay əvvəl əməliyyat olunubmuş YENİLƏNİB | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mingəçevirdə dərs zamanı vəfat edən şagir bir ay əvvəl əməliyyat olunub.
“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verir ki, o, ürək əməliyyatı keçirib.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.
*** 15:12 Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib.
Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.
Tam oxu
Xəbəri oxu