Dərsdən qayıdarkən faciəvi şəkildə öldü

12.12.2024

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində baş verib. Məlumata görə, 2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdarkən Şirvan Suvarma kanalının yaxınlığında əlini yuyarkən sürüşərək kanala düşüb. Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью