Dərsdən qayıdarkən kanala düşüb boğuldu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı | Icma.az

12.12.2024

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək boğulub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndi ərazisində baş verib.

2010-cu il təvəllüdlü Zakirli Vüqar Nurlan oğlu dünən saat 16 radələrində dərsdən evə qayıdarkən Yuxarı Şirvan kanalının ətəyinə yaxınlaşaraq əlini yumaq istəyib. Bu zaman onun ayağı sürüşərək kanala düşüb.

Hazırda məktəblinin meyitinin tapılması istiqamətində iş aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью