Dərsə gedən müəllimlər qəzada xəsarət aldı

05.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oğuzda baş verən qəzada 3 nəfər xəsarət alıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakini, 1963-cü il təvəllüdlü Şahin Qəzənfər oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq ağaca dəyib.

Nəticədə sürücü, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Esmira Fikrət qızı Məmmədova və avtomobildə olan daha bir qadın sərnişin xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzada xəsarət alan Esmira Məmmədova və avtomobildə olan digər qadın məktəblərin birində müəllim işləyirlər. Qəzanın Şahin Məmmədovun həyat yoldaşını məktəbə apararkən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью