Dərsə getmək adıyla evdən çıxan məktəbli qız itkin düşdü

23.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda 17 yaşlı qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, 2008-ci il təvəllüdlü A.Rzayeva mayın 20-si Nizami rayonu E.Süleymanov küçəsində yaşadığı evdən dərsə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və xəbərsiz olaraq itkin düşüb.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью