Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təhsil eksperti Kamran Əsədov qış fəslində orta məktəblərdə dəslərin bir saat gec başlamasını təklif edib.
O, sosial şəbəkə hesabında qeyd edib ki, uşaqların inkişafı üçün yetərli yuxu çox vacibdir.
Ekspertin fikrincə, erkən qalxmaq onların yuxu ritmini pozur, dərslərə diqqətini azaldır və ümumi sağlamlığına mənfi təsir göstərir: “Əgər böyüklər, işgüzar insanlar günə saat 9-da başlayırsa, niyə uşaqlar – daha çox yuxuya və dincliyə ehtiyacı olanlar – daha erkən saatlarda, saat 8-də məktəbə getməlidir?
Bu, təkcə məntiqsiz deyil, həm də uşaqların fiziki və zehni sağlamlığına zərər verir.
Böyüklər belə səhər saatlarında çətinlik çəkirsə, uşaqların bu vəziyyətə uyğunlaşmasını gözləmək haqsızlıqdır”.
K.Əsədov vurğulayıb ki, məktəblərin dərs saatlarının daha gec başlanması həm uşaqların rifahını yaxşılaşdırar, həm də onların məktəbdə daha diqqətli və motivasiyalı olmasına kömək edər: “Təhsil təkcə bilik vermək deyil, həm də uşaqların fiziki və psixoloji ehtiyaclarını nəzərə alaraq onları gələcəyə hazırlamaqdır”.Məsələyə sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında münasibət bildirib.
O, dərslərin gec başlamasının müsbət cəhətləri olduğu kimi, mənfi təsirləri olacağını da bildirib:“Yaxşı olardı, çünki şəhər yerində həyatımız onsuz da tələskəndir.