Icma.az bildirir, Yenisabah portalına istinadən.
“Dərsliklərdə və test toplularında hər il müəyyən dəyişikliklərin aparılması təbiidir. Növbəti tədris ilində hər hansı yenilik tətbiq ediləcəksə, bu, mütləq test toplularında da öz əksini tapmalıdır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) gələn il fənn blokunda esse yazısı tələb edəcəksə, bu dəyişiklik test toplusuna əlavə olunmalıdır:
“Çünki həm müəllimlərin, həm də abituriyentlərin model testlərlə bağlı öncədən məlumatlı olması vacibdir. Ancaq bəzi hallarda burada kommersiya maraqları da özünü büruzə verir. Bəzən sadəcə redaktə və ya korrektə olunmuş köhnə versiyalar “yeni nəşr” adı ilə satışa çıxarılır”. Marqarita pizza
Ekspert qeyd edib ki, əgər vəsaitdə ciddi bir yenilik yoxdursa, sadəcə cüzi dəyişikliklər edilibsə, yeni nəşr almağa dəyməz:
“Abituriyentlər köhnə nəşrlərlə də imtahana tam rahat hazırlaşa bilərlər. Bu, onların bilik və bacarığını zəiflətməz. Yeni nəşri almadan, sadəcə kitabda olan yenilikləri bir qeyd dəftərinə yazmaqla da proqramı mənimsəmək mümkündür. Bu addım lazımsız maliyyə itkisinin də qarşısını alar”.
Cəlalə Cəlalqızı