Dərsliklərə milli mənəvi dəyərlərə zidd nümunələr salınır Deputat

17.11.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Orta məktəb dərsliklərinin tərtibatı və nəşri insanları ciddi narahat edir".

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bunu deputat Tahir Rzayev parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, xarici ölkə müəlliflərinin bədii nümunələrini öz adlarına çıxaran, milli-mənəvi dəyərlərə zidd, sönük cızma-qaraları məktəb dərsliklərinə salıb qazanc əldə edənlər təkcə ayrılan dövlət vəsaitlərini ələ keçirmirlər, uşaqların mənəviyyatını, dünyagörüşünü mənimsəməklə məşğuldurlar:

"Bu barədə ciddi düşünülməli, əsaslı tədbirlər görülməlidir. Səlahiyyət sahiblərinin büdcə vəsaitlərindən səmərəli istifadə olunması sahəsində həyata keçirdikləri tədbirləri təqdir etməklə bərabər səsləndirilən məsələlərə önəm verməsini xahiş edirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью