Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Müasir dövrdə texnologiya təhsilin ayrılmaz hissəsinə çevrilib. Əvvəllər yeniliklər yalnız dərslərin elektron formada keçirilməsi ilə məhdudlaşırdı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Əli Əhmədov deyib.
O bildirib ki, bu gün isə süni intellekt və rəqəmsal platformalar öyrənmə prosesini tamamilə dəyişib:
“Təhsil artıq sadəcə kitab və müəllimlə deyil, həm də texnologiya ilə idarə olunur.Rəqəmsal resurslar şagirdlərə daha çevik və fərdiləşdirilmiş öyrənmə imkanı yaradır. Süni intellekt sistemləri şagirdin səviyyəsinə uyğun məzmun təqdim edə bilir. Bu proses dərsliklərin əhəmiyyətinə müəyyən qədər təsir göstərir. Gələcəkdə kağız dərsliklərin sayının azalması tamamilə mümkündür.Lakin dərsliklər tam yox olmayacaq, çünki onların praktik və psixoloji əhəmiyyəti qalır.Bəzi yaş qrupları üçün fiziki kitabla işləmək daha diqqətcəlbedici olur. Eyni zamanda, texnologiyanın hər bölgədə bərabər əlçatan olmaması da mühüm amildir.
Yaxın illərdə ən səmərəli model hibrid — həm rəqəmsal, həm də ənənəvi təhsil forması olacaq. Texnologiya dərslikləri əvəz etməyəcək, amma onları daha dinamik və interaktiv hala gətirəcək”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Əli Əhmədov deyib.