Dərvişoğlu İmamoğlunu ziyarət etdi

03.04.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

İYİ Partiya sədri Müsavat Dərvişoğlu Mərmərə Qapalı Cəza Təcridxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunu ziyarət edib.

News24.az xəbər verir ki, Dərvişoğlu səfərdən sonra açıqlama verib:

"Mən bunu yüksək səslə və aydın deyirəm. O, yalnız siyasi səbəblərlə planlaşdırılan əməliyyatın qurbanı kimi içəridə yatır. Atalar övladlarına, analar övladlarına, babalar həbsxanada nəvələrinə baş çəkməyə məcbur edildi. Gənc qardaşlarımızın bəziləri də həbsdədir".

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью