Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Türkiyəli müğənni Derya Uluğ evlənir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 10 ildir sevgi münasibətində olduğu musiqiçi Asil Gök ilə evlilik yolunda ilk addımı atıb.
Cütlük ailələrinin və yaxın dostlarının iştirak etdiyi sadə bir mərasimlə nişanlanıb.
Şad xəbəri sosial şəbəkə hesabında paylaşan ikiliyə izləyicilərindən çox sayda təbrik mesajı gəlib.
Nişan mərasimində diqqətçəkən məqamlardan biri isə adət-ənənələrlə bağlı olub. Belə ki, müğənni ənənəvi duzlu qəhvə yerinə “həyatımızın dadı-duzu qaçmasın, bal kimi olsun” deyərək nişanlısına ballı qəhvə verdiyini bildirib.
Cütlüyün toyu isə noyabrın 25-i İstanbulun Zincirlikuyu səmtində yerləşən məşhur hotellərdən birində keçiriləcək.
Mərasimə yalnız onların ən yaxınları dəvət olunacaq.