Derya Uluğun nişan görüntüləri yayıldı

18.06.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Derya Uluğ evlilik yolunda ilk addım atıb.

BAKU.WS xəbər verir ki, o sevgilisi Asil Gök ilə nişanlanıb. Cütlüyün nişan mərasimi iki ailə arasında sadə məclislə baş tutub.

Mərasimində ənənələr də unudulmayıb. Derya, türk adət-ənənələrinə uyğun olaraq gələcək həyat yoldaşı Asil Gökə duzlu və acı qəhvə təqdim edib.

Asil Gökün acı qəhvəni içərkən verdiyi reaksiyalar isə mərasimin ən rəngarəng və əyləncəli anlarından biri olub.

Cütlüyün səmimi və pozitiv anları sosial şəbəkələrdə böyük maraq yaradıb.

Pərəstişkarları və sənət dostları məşhur cütlüyü təbrik edərək onlara tezliklə toy masasına əyləşməyi arzu ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью