Deşam DÇ 2026 favoritlərini açıqladı

07.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Deşam DÇ-2026 favoritlərini açıqladı

Fransa milli komandasının baş məşqçisi Didye Deşam qarşıdan gələn dünya çempionatında əsas favoritləri açıqlayıb.

QOL.az xəbər verir ki, “La Gazzetta dello Sport”a danışan mütəxəssis Fransa ilə yanaşı İspaniya, Almaniya və İngiltərəni əsas namizədlər kimi göstərib.

Deşam İspaniyanın topa nəzarət oyununu xüsusilə fərqləndirib, Almaniyanın heyət dərinliyini, İngiltərənin isə Tuxelin rəhbərliyi altında artan gücünü vurğulayıb.

O, həmçinin Portuqaliya, Argentina və Braziliyanı da çempionluğa iddialı komandalar kimi dəyərləndirib, Mərakeşi isə sürpriz potensialı olan yığma kimi qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью