Deşam Dünya Kubokundan sonra Səudiyyə Ərəbistanı komandasını çalışdıra bilər

13.11.2025

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Deşam Dünya Kubokundan sonra Səudiyyə Ərəbistanı komandasını çalışdıra bilər

Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il Dünya Kubokundan sonra Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasını çalışdıra bilər.

Deşam əvvəllər ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokundan sonra vəzifəsindən ayrılacağını açıqlamışdı. Fransa mediasının məlumatına görə, "Real Madrid"in keçmiş məşqçisi Zinəddin Zidan Fransanın yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Deşam 2012-ci ildən bəri Fransa milli komandasını çalışdırır. Onun rəhbərliyi altında "Mavilər" 2018-ci ildə Rusiyada keçirilən Dünya Kubokunu, 2021/22 Millətlər Liqasını qazanıb, 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunun və 2016-cı ildə Fransada keçirilən Avropa Çempionatının finalına çıxıb.

"Əl-İttihad"da üç fransız oyunçu var: Kərim Benzema, N'Qolo Kanté və Musa Diabi. Komanda Səudiyyə Ərəbistanı liqasının səkkiz oyununda 11 xal toplayıb və səkkizinci yerdədir.
Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью