Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa millisinin baş məşqçisi Didiye Deşam yarımfinal qarşılaşması öncəsi İspaniyanı favorit adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, 58 yaşlı fransız mütəxəssis bunu “matador”ların turnir ərzində cəmi 1 top buraxması ilə əlaqələndirib:
"Təsdiq edə bilərəm ki, favorit İspaniyadır. Luis de la Fuente və komandasına əlavə təzyiq yaratmaq istəmirəm, çünki o da bilir ki, hamının İspaniyadan böyük gözləntiləri var. Dördpendirli pizza
Onlar həm hücumda, həm də müdafiədə çox yaxşı oynayırlar. 7 oyunda cəmi 1 qol buraxıblar. Bu, möhtəşəm bir qarşılaşma ola bilər. Çünki böyük hücum potensialına malik iki komanda üz-üzə gələcək.
Hər iki komanda ilk növbədə yaxşı müdafiə olunmağa çalışır. Amma hər iki tərəfin hücum keyfiyyətini nəzərə alsaq, möhtəşəm bir matçın olacağını gözləmək olar".