Deşam Fransa millisindəki varisinin adını açıqladı

16.02.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

2026-cı il dünya çempionatının sonunda Fransa yığmasından ayrılacağını elan edən baş məşqçi Didye Deşam mümkün varisinin adını da açıqlayıb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Lequipe"-nin əməkdaşının bununla bağlı sualını belə cavablandırıb: 

"Fransa millisinin növbəti baş məşqçisi? Zinəddin Zidan çox yaxşı namizəddir".

Qeyd edək ki, Deşam və Zidan vaxtilə “Yuventus”da və Fransa millisində birgə çıxış ediblər, 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionatının qalibi olublar. 

56 yaşlı Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır. 52 yaşlı Zidan hazırda işsizdir.

Fransa yığmasının növbəti hədəfi ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqdır.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью