Deşam: İspaniya aşkar favoritdir

14.07.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deşam: "İspaniya aşkar favoritdir"

Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya qarşı keçirəcəkləri matç haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis rəqibi favorit hesab etdiyini bildirib. O, İspaniya yığmasının öz komandasından üstün olduğunu deyib:

"İspaniya heç bir şübhə olmadan aşkar favoritdir. Mən onlara təzyiq göstərmirəm. Çox qol vururlar, cəmi bir top buraxıblar. Favorit məhz İspaniyadır".

Qeyd edək ki, Fransa - İspaniya matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью