futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Ukraynaya qalib gəldikləri oyundan (4:0) sonra baş tutan mətbuat konfransında bunları deyib:
“Bu matça hörmətlə yanaşmalıyıq, amma sizdən gizlətmirəm ki, bu, cəmi üç günlük istirahətlə uzun səfərdir. Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun bir səyahət var. Bəzi futbolçular çox oynayıb. Səfərə kimin gedəcəyini hələ deməyəcəm”.
Noyabrın 21-də keçiriləcək Azərbaycan – Fransa oyununa saat 21:00-da start veriləcək.