Deşam Səudiyyə Ərəbistanı klubunun hədəfində

06.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Deşam Səudiyyə Ərəbistanı klubunun hədəfində

Fransa millisinin sabiq baş məşqçisi Didye Deşam karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins məlumat yayıb.

Ciddə təmsilçisi "Əl-Əhli" Mattias Yaysslenin "Nyukasl"a gedişindən sonra yeni baş məşqçi axtarışına çıxıb və 57 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirir. 

Didye Deşam 2012-2026-cı illərdə Fransa millisini çalışdırıb. O, son dünya çempionatında komandanı yarımfinala çıxarıb. Fransa burada İspaniyaya, 3-cü yer uğrunda oyunda isə İngiltərəyə uduzub.

Qeyd edək ki, "Əl-Əhli" ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatını 3-cü pillədə başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью