Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Fransa milli komandasının keçmiş baş məşqçisi Didye Deşam Türkiyə millisinə rəhbərlik etmək təklifindən imtina edib.
Sportal.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Türkiyə Futbol Federasiyası fransalı mütəxəssisi Vinçenso Montellanın əvəzedicisi kimi nəzərdən keçirib. Belə ki, Türkiyə yığması dünya çempionatında qrup mərhələsini keçə bilmədiyindən Montellanın mövqeyi zəifləyib. Lakin 2018-ci ilin dünya çempionu təklifə yox cavabını verib. 57 yaşlı məşqçi hələlik işə qayıtmağa tələsmir və onu maraqlandıracaq bir layihə gözləyir.
Deşam 2026-cı ilin yayında 14 il çalışdığı Fransa yığmasından ayrılıb. İstefadan sonra məşqçi istirahət götürmək qərarına gəlib. Buna baxmayaraq, bazarda mütəxəssisə maraq yüksək olaraq qalır. Bundan əvvəl KİV-də Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun Deşama diqqət yetirdiyi barədə məlumatlar yayılmışdı.
saytlarin hazirlanmasi