Deşam üçün növbəti variant

15.11.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna rəhbərlik edə bilər.
"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi, o, bir müddət əvvəl mundialdan sonra yığmadan ayrılmaq istədiyini açıqlayıb.
Fransanın “Ekip” nəşrinin məlumatına görə, hazırda “Əl-İttihad”ı çalışdıran Serjio Konseysao zəif nəticələr səbəbindən istefaya göndəriləcək. Komanda hazırda çempionatda 8-ci yeri tutur.
Klub rəhbərliyinin artıq fransalı mütəxəssisə rəsmi təklif göndərdiyi də bildirilib. Deşam isə hələlik cavab verməyə tələsmir və diqqətini dünya çempionatına hazırlığa yönəldib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью