Deşam: Vəziyyəti dəyişmək üçün hər şeyi edəcəyik

21.03.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa millisinin baş məşqçisi Didye Deşam Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiyaya uduzduqları ilk oyunu (0:2) şərh edb.

QOL.az xəbər verir ki, mütəxəssis mərhələ adlamaq üçün cavab oyununda əllərindən gələni edəcəklərini deyib: 

“Oyuna yaxşı başladıq, amma top itkiləri və texniki səhvlərimiz oldu. Rəqibə fürsətlər verdik. İkinci hissədə daha yaxşı oynadıq. Mayk Menyan penaltini dəf etdi. İkinci hissədə lazım olanı etdik, lakin şanslarımızı qola çevirə bilmədik.

İlk matçda uduzmuşduq, indi ikinci görüşdə evdə qələbə qazanmağa çalışacağıq. Vəziyyəti dəyişmək üçün hər şeyi edəcəyik. İlk hissədə rəqibə verdiyimiz fürsətlərə görə cəzalandıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью