Deşam: “Zidanın yaxın dostlarından deyiləm”

22.03.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Mətbuatda Fransa millisinin baş məşqçisi Didye Deşam ilə Zinəddin Zidanın münasibətlərinin pis olduğu haqda xəbərlər yayılmışdı.

Futbolpress.az xəbər verir ki, yığma komandanın çalışdırıcısı mövzu ilə bağlı açıqlama verib:

“Bu başqa bir fərziyyədir. Uzun illər birlikdə idik. Aramızda hələ də böyük hörmət var. Yeri gəlmişkən, son görüşümüzdə fikir mübadiləsi apardıq, gözəl söhbət etdik. Biz bir-birimizin nailiyyətlərini tanıyırıq. Mən Zidanın yaxın dostlarından deyiləm. Hər birimizin öz həyatı var, amma aramızda həmişə hörmət olacaq”.

Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa millisinin rəhbəri postunda Didye Deşamı əvəzləyəcəyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью