DeSantis Pentaqonun rəhbəri vəzifəsinə namizəd ola bilər

04.12.2024

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

DeSantis Pentaqonun rəhbəri vəzifəsinə namizəd ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqona rəhbərlik vəzifəsinə Florida qubernatoru Ron DeSantisin namizədliyini irəli sürə bilər.

Bu barədə çərşənbə axşamı mənbələrə istinadən Vall Street Journal məlumat yayıb.

Məlumata görə, DeSantis əvvəllər müdafiə naziri vəzifəsinə namizədlər siyahısında olub. DeSantisə Pentaqonun rəhbəri vəzifəsinə mümkün namizədlik barədə artıq məlumat verilib.

DeSantis Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün Trampın rəqibi idi. Yanvarın sonunda o, yarışdan çıxdığını bəyan edib və keçmiş rəqibini dəstəkləyib.

Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью