Desəm ki çempionata 100 faiz hazırıq, yalan olar Elvin Məmmədov | Icma.az
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir. Gələn həftə Azərbaycan I Liqasında yeni mövsüm start götürəcək.
Açılış turunun maraq kəsb edən oyunlarından biri Bayılda baş tutacaq.
Ötən mövsümün sonunda Premyer Liqada sonuncu yeri tutaraq I Liqaya yuvarlanan "Səbail" debütdə iddialılardan olan, Ramiz Məmmədovlu "Mingəçevir"i qonaq edəcək.
"Dənizçilər"in baş məşqçisi Elvin Məmmədovun görüşlə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu: "İlk oyunlar həmişə çətin olur.
Üstəlik, Liqada yeniyik, heyətimiz büsbütün dəyişib, bir çox futbolçular bu çempionatda oynamayıb.
Bununla belə, var gücümüzlə çalışacağıq ki, çempionata qələbə ilə start verək. Rəqib haqda geniş məlumatımız yoxdur.
Ancaq Ramiz Məmmədovun adı çox şeydən xəbər verir. Onun komandaları həmişə mübarizliyi, döyüşkənliyi ilə fərqlənib.
Tam oxu
Xəbəri oxu