Desire Due Çempionlar Liqasının tarixinə düşüb

01.06.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionlar Liqasının finalında fərqlənən PSJ-nin cinah hücumçusu Desire Due tarixə düşüb.

İdman.biz xəbər verir ki, o, turnirin həlledici matçında fərqlənən 3-cü ən gənc futbolçu olub.

19 yaşlı Dueyə kimi "Ayaks"da Partik Klyuvert (1995) və "Portu"da Karlos Alberto (2004) finalda fərqlənən gənclər olmuşdular.

Bundan başqa, Desire ÇL-in həlledici matçında həm ötürmə verib, həm də fərqlənən 6-cı oyunçudur. O, bu uğura nail olan ən gənc futbolçudur.

Qeyd edək ki, 12-ci dəqiqədə Hakimiyə ötürmə ilə yadda qalan Due 8 dəqiqə sonra özü fərqlənib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью